Rusiya Xarici İşlər Nazirliyi Cənubi Qafqazdakı son proseslərə münasibət bildirib.
AzerTimes Report-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev keçirdiyi brifinqdə danışıb.
“Regiondakı vəziyyət hələ də Moskvanın diqqət mərkəzindədir. Bütün məsələlər, o cümlədən Laçın dəhlizi ilə bağlı məqam üçtərəfli razılaşma əsasında həll edilməlidir”, – o deyib.
İ.Neçaev xatırladıb ki, Rusiya tərəflərlə daim təmasdadır.