Rusiyadan İtaliyaya təbii qaz verilişi dayandırılıb.
AzerTimes xəbər verir ki, bu barədə İtaliyanın ENİ şirkəti məlumat yayıb.
“Qazprom” bu gün üçün tələb olunan qazı təmin edə bilməyəcəyini açıqladı. Avstriyadan qaz axınının mümkün olmadığı bildirilib. Beləliklə, bu gün Tarvisio giriş nöqtəsi üzərindən ENİ-yə Rusiya qazının tədarükü 0 olacaq”, – məlumatda vurğulanıb.
Məsələ ilə bağlı yerli mediaya açıqlama verən ENİ rəsmisi bildirib ki, Avstriya Slovakiya üzərində qaz verilişini təmin edib:
“Buradan İtaliyaya qaz axınının bərpası üçün “Qazprom”la əlaqə saxlayırıq”.