Rusiyadan İsrailin İrana hücumuna reaksiya

Rusiyadan İsrailin İrana hücumuna reaksiya

İsrail və İran arasında gərginlik regionda sabitlik və təhlükəsizliyə real təhdidlər yaradır.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İsrailin İrana hücumu ilə bağlı yaydığı bəyanatda bildirilib.

“Rusiya bütün tərəfləri təmkin göstərməyə və zorakılığı dayandırmağa çağırır”, – bəyanatda vurğulanıb.

Rəsmi Moskva qarşıdurmanın səviyyəsini azaltmaq üçün hər kəslə işləməyə hazır olduğunu bəyan edib.

Eyni zamanda vurğulanıb ki, İranda yaşayan rusiyalılar da daxil olmaqla, mülki əhali arasında ölən və yaralananlar barədə məlumat daxil olmayıb.

Qeyd edək ki, İsrail 26 oktyabra keçə gecə İrana hava zərbələri endirib.

Teqlər: