Biz israilliləri Suriyaya, o cümlədən Dəməşq və Hələb hava limanlarına hücumları dayandırmağa çağırırıq.
AzerTimes xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
O bildirib ki, bu kimi hücumlar humanitar yardımların çatdırılmasını əngəlləyir:
“Siyasi qətllərə son qoymağa çağırırıq. Dəməşqdə SEPAH-ın bir neçə ofisi raketlə vurulub. Görünür, İsrail tərəfindən…”
Qeyd edək ki, Dəməşqə İsrail tərəfindən sonuncu hücum 20 yanvar tarixində olub.