Rusiya Qərbin tələblərinə rəğmən, İranla hərbi əməkdaşlığı davam etdirəcək.
AzerTimes xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
Ryabkov bildirib ki, İran və Rusiya arasında əməkdaşlıq tamamilə qanunidir və düşmənlərin istəklərinə qarşı olaraq bu, davam etdiriləcək:
“Bizim hərbi əməkdaşlığımızı genişləndirmək hüququmuz var. Həmçinin, iki ölkənin hərbi idarələri bir-biri ilə sıx əlaqədədir”.