Xəbər - Orxan Nəbiyev – Trend:
Volqa-Xəzər gəmiçilik kanalında Həştərxan şəhərindən İrana gedən
teploxod saya oturub.
Trend-in
məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin
Həştərxan vilayəti üzrə idarəsi bildirib.
Qeyd olunur ki, hadisə kanalın 51-ci kilometrində baş verib.
Gəmidə 13 nəfər olub, xəsarət alanların olmadığı deyilir.
Gəminin hərəkətinin bərpa olunması üçün işlər aparılır.