Rusiyadan İran açıqlaması: ABŞ burnunu soxmasın!

Rusiyadan İran açıqlaması: ABŞ burnunu soxmasın!

Rusiya Federasiyası ABŞ-ı Moskva ilə Tehran arasındakı əməkdaşlığa “burnunu soxmamağa” çağırır.

AzerTimes xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

Onun sözlərinə görə, İran və Rusiya arasında bir çox sahələrdə əməkdaşlıq mövcuddur.

“Heç kim gizlətmir ki, Rusiya digər məsələlərlə yanaşı, İranla hərbi-texniki sahədə qarşılıqlı fəaliyyət göstərir. Ancaq başqalarının məsələlərinə qarışmaq və burnunu soxmaq Birləşmiş Ştatların işi deyil. Onlar öz problemləri ilə məşğul olmalıdırlar”, – Ryabkov vurğulayıb.

Teqlər: