Rusiyadan gətirilən dondurulmuş toyuq məhsulunda zərəli mikroorqanizm aşkarlanıb

Xəbər - İlhamə İsabalayeva – Trend:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Rusiyada fəaliyyət göstərən “PECYPC-ЮГ” MMC tərəfindən istehsal olunan və “AZFOOD COMPANY” MMC tərəfindən ölkəmizə idxal edilən 9.97 ton dondurulmuş toyuq dərisi məhsulu partiyasına Agentliyin müfəttişləri baxış keçirib.

Agentlikdən AzerTimes-a verilən məlumata görə, baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsullarda salmonella patogen mikroorqanizmləri aşkarlanıb.

Agentlik tərəfindən istehlaka yararsız dondurulmuş toyuq dərisi məhsullarının zərərsizləşdirilməsi və ya məhv edilməsi ilə bağlı qərar qəbul edilib. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.

Teqlər: