Rusiyadan gətirilən 220 kq konfet yararsız çıxdı

Rusiyadan gətirilən 220 kq konfet yararsız çıxdı

Rusiyadan Azərbaycana gətirilən şokoladlı konfetdə kif-maya göbələkləri aşkarlanıb.

Bu barədə AzerTimes-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Nəzarət tədbirləri çərçivəsində Dalamana MMC-nin Rusiyadan idxal etdiyi (26.12.2022-26.06.2023-cü il istehsal və son istifadə tarixli) “Kf Elbrus-K” şirkətinin istehsalı olan, ümumi çəkisi 220 kq “Feydra” adlı şokoladlı konfet məhsuluna agentliyin müfəttişləri tərəfindən keçirilən baxış zamanı götürülən nümunələrin müayinəsi nəticəsində məhsul partiyasında kif-maya göbələklərinin miqdarının normadan artıq olduğu aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq məhsulların məhv edilməsinə dair müvafiq qərar qəbul olunub, məhsul partiyası məhv edilib.

Teqlər: