Gürcüstanda avtomobil yanacağının (benzin və dizel) qiymətinin yenidən artacağı gözlənilir.
AzerTimes xəbər verir ki, bu barədə yerli mətbuata gürcü ekspertlər bildiriblər.
Gözlənilən qiymət artımı Rusiya hökumətinin daxili bazarı sabitləşdirmək üçün benzin və dizel ixracını müvəqqəti dayandırması ilə izah edilir.
Ekspertlərin fikrincə, bu məhdudlaşdırma Gürcüstanın yanacaq bazarında ciddi problemlər yaradacaq və qiymət artımı qaçılmaz olacaq.