Rusiyadan Fransaya xəbərdarlıq…

Rusiyadan Fransaya xəbərdarlıq…

Paris rusiyalı diplomatlara toxunarsa, Fransa Rusiyadan cavab alacaq.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Diplomatlarımıza toxunsalar, cavab tədbirlərini görəcəklər”, – Zaxarova qeyd edib.

Qeyd edək ki, Rusiya səfirliyinin mətbuat katibi “BFM TV” telekanalında Ukraynaya fransız hərbçilərinin göndərilməsi ilə bağlı məsələni şərh edib. Bundan sonra Fransa Xarici İşlər Nazirliyi Parisdəki rusiyalı diplomatları sanksiyalarla hədələməyə başlayıb.

Teqlər: