Fransanın bir neçə şəhərlərində Rusiya viza mərkəzlərinin fəaliyyəti dayandırılacaq.
AzerTimes xəbər verir ki, bu barədə Rusiyanın Fransadakı səfirliyi məlumat verib.
Qeyd olunub ki, noyabrın 24-dən etibarən Paris, Marsel, Nitsa və Strasburqda viza mərkəzləri fəaliyyətini dayandıracaq.