Rusiya-Fransa münasibətləri dərin böhran içərisindədir.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
“Keçmiş tərəfdaşlarımız öz istəkləri ilə onilliklər boyu yaradılmış təməli iki il ərzində dağıtdılar, dialoq və əməkdaşlığa dəstək mexanizmlərini “dondurdular”. Elmi, mədəni və humanitar sahələrdə mövcud olan əməkdaşlığa ciddi zərbə vurdular”, – bəyanatda qeyd olunub.