Bu gün Finlandiya Rusiyadan iyunun 1-dən əlavə hərbi təftiş səfərlər haqqında ikitərəfli sazişdən çıxacağı barədə məlumat alıb
AzerTimes xəbər verir ki, bu barədə Finlandiya Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.
Qeyd edək ki, bu müqavilə 2000-ci ildən qüvvədədir və iki illik yoxlamaları nəzərdə tuturdu. Müqavilə 2011-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) üzvləri tərəfindən qəbul edilmiş Vyana Sənədini tamamlayır.