ABŞ Rusiya tərəfinə vizaların verilməsini gecikdirməklə Rusiyanın nüvə beşliyi toplantısına sədrliyinə əngəl olmağa çalışıb.
AzerTimes xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Silahların Yayılmaması və Silahlara Nəzarət Departamentinin direktor müavini Konstantin Vorontsov deyib.
“Vəziyyət çox acınacaqlıdır. “Nüvə beşliyi” ölkələrinin ekspertlərinin görüşündə iştirak etməli olan nümayəndə heyətimizin üzvlərinə tələb olunan vaxt çərçivəsində viza verilməyib. Biz ABŞ-ın bu görüşün pozulmasına səbəb olan addımlarını Rusiyanın bu beynəlxalq formatda sədrliyinə xələl gətirmək cəhdi kimi qiymətləndiririk”, – Vorontsov bildirib.
Qeyd edək ki, nüvə ölkələrinin qeyri-rəsmi birliyi olan “Nüvə beşliyi”nə Rusiya, Böyük Britaniya, Çin, ABŞ və Fransa daxildir. Avqust ayında sədrlik ABŞ-dan Rusiyaya keçib.