Qərb ölkələrindən ciddi dəstək olacağı təqdirdə Ukrayna Silahlı Qüvvələrinin növbəti əks-hücum cəhdi istisna edilmir.
AzerTimes xəbər verir ki, bunu Rusiya Baş Qərargah rəisinin birinci müavini, general-polkovnik Sergey Rudskoy deyib.
“Ukrayna Silahlı Qüvvələri aktiv əməliyyatlar aparmaq üçün döyüş qabiliyyətini hələ də saxlayır. Gələcəkdə Qərbin genişmiqyaslı hərbi yardımı olacağı təqdirdə növbəti əks-hücum cəhdini də istisna etmək olmaz”, – o bildirib.