“Şimali Qafqaz-Cənubi Qafqaz” magistral qaz kəmərində aparılan təmir işləri ilə əlaqədar Rusiyadan Ermənistana qazın nəqli müvəqqəti olaraq dayandırılıb.
AzerTimes xəbər verir ki, bu barədə “Qazprom Ermənistan” məlumat yayıb.
“Rusiyanın Stavropol diyarında “Şimali Qafqaz-Cənubi Qafqaz” qaz kəmərində planlı təmir işlərinin aparılması məqsədilə mayın 1-i saat 08:00-dan mayın 4-ü saat 20:00-dək Ermənistana təbii qazın verilməsi dayandırılıb”, – məlumatda deyilir.