Moskva Bakı ilə İrəvan arasında sülhə aparan istənilən konstruktiv vasitəçiliyi dəstəkləyir.
AzerTimes xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib.
Zaxarova bildirib ki, indidən görüş barədə hansısa nəticə çıxarmaq tezdir:
“Nəticəni görüşün yekununa əsasən çıxarmaq lazımdır”.
Qeyd edək ki, iyulun 15-də Brüsseldə AB Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü nəzərdə tutulur.