Rusiya İrəvan və Minsk arasında mövcud mürəkkəb dövrün mümkün qədər tez bitməsində maraqlıdır.
AzerTimes xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
“Təəssüf ki, Ermənistan hakimiyyətinin belaruslu tərəfdaşlarına qarşı tutduğu sərt mövqeyi izah etmək bizim üçün çətindir”, – Qaluzin Nikol Paşinyanın Aleksandr Lukaşenkonun ünvanına səsləndirdiyi ittihamlar haqda bildirib.
O vurğulayıb ki, Belarus Cənubi Qafqazda həmişə sabitliyin tərəfində olub və döyüşən tərəfləri barışdırmağa çalışıb:
“Ermənistan və Belarus MDB, KTMT və Aİİ-nin bir hissəsidir. İstənilən halda, ümid edirik ki, müvəqqəti fikir ayrılıqları ümumi inteqrasiya birlikləri çərçivəsində qarşılıqlı fəaliyyətin təşviqinə mənfi təsir göstərməyəcək. Biz hər iki paytaxtı üfüqdən sonraya baxmağa, yeni dünya düzəninin konturlarının yarandığı anın əhəmiyyətini dərk etməyə çağırırıq və yeni düzənin qurulmasında təkcə Minski deyil, həm də İrəvanı görmək istərdik”.