“Qazprom”un 2023-cü ildə Çinə qaz tədarükü ötən illə müqayisədə 1,5 dəfə artıb.
AzerTimes xəbər verir ki, bu barədə şirkətin rəhbəri Aleksey Miller Rusiya Prezidenti Vladimir Putinlə görüşdə bildirib.
“Bu il Çinə qaz tədarükü 2022-ci illə müqayisədə 1,5 dəfə çox olacaq. 2025-ci ildə isə biz artıq müqavilə öhdəliklərimizi yerinə yetirəcəyik. 2025-ci ildə Çinə qaz tədarükü 38 milyard kubmetr təşkil edəcək”, – Miller vurğulayıb.
Miller xatırladıb ki, dekabrın 23-də “Qazprom” Çinə gündəlik qaz tədarükü üzrə tarixi rekorda imza atıb.