Rusiyaya nəqliyyat məhdudiyyətləri tətbiq edən ölkələrin şirkətlərinə qarşı malların daşınmasını qadağan edən qərar qəbul olunub.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Baş naziri Mixail Mişustin məlumat verib.
“Qadağa ikitərəfli daşınmalara, tranzit daşınmalara, üçüncü dövlətin ərazisindən və ya ərazisinə daşınmaya şamil edilir”, – nazir bildirib.
Qeyd olunub ki, qadağanın tətbiq olunduğu ölkələr arasında Avropa Birliyinin (AB) üzvü olan ölkələr, Böyük Britaniya, Norveç və Ukrayna da var. Məhdudlaşdırıcı tədbirlər 2022-ci il oktyabrın 10-dan dekabrın 31-dək qüvvəyə minəcək.