Rusiyadan BMT TŞ-nin qətnaməsinə: Vəziyyət dəyişməyəcək

Rusiyadan BMT TŞ-nin qətnaməsinə: Vəziyyət dəyişməyəcək

BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi humanitar qətnamə Qəzzada vəziyyəti dəyişməyəcək, bunun üçün atəşkəs lazımdır.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

“BMT Təhlükəsizlik Şurasının yeni 2720 saylı qətnaməsi, hərbi əməliyyatların dayandırılması üçün əsas tələb olmadan, bu fəlakətli vəziyyəti düzəldə bilməz. BMT-nin baş katibi və ixtisaslaşmış humanitar qurumların rəhbərləri Qəzzaya yardımın çatdırılmasının mümkünsüzlüyünü dönə-dönə vurğulayırlar”, – Rusiya XİN-dən verilən bəyanatda qeyd olunub.

Qeyd edək ki, daha öncə BMT Təhlükəsizlik Şurası İsrail və HƏMAS-dan Qəzza zolağına humanitar yardımın çatdırılmasını asanlaşdırmağı tələb edən qətnamə qəbul edib, həmçinin BMT baş katibini bu yardımın çatdırılması üçün koordinator təyin etməyə çağırıb.

Teqlər: