Rusiyadan Azərbaycana pul köçürmələri kəskin azaldı

Rusiyadan Azərbaycana pul köçürmələri kəskin azaldı

2023-cü ildə Azərbaycandan Rusiyaya 74 milyon 184 min ABŞ dolları pul köçürülüb.

AzerTimes Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 21,9 % azdır.

Hesabat dövründə Azərbaycandan Rusiyaya pul köçürmələrinin ümumi köçürmələrdə payı 13,6 %-dan 13,5 %-ə düşüb.

Ötən il Rusiyadan Azərbaycana isə 1 milyard 47 milyon 523 min ABŞ dolları pul köçürülüb. Bu isə əvvəlki ilə nisbətən 2,8 dəfə azdır.

İl ərzində Rusiyadan Azərbaycana pul köçürmələrinin ümumi köçürmələrdə payı 82 %-dən 63,3 %-ə düşüb.

Teqlər: