Rusiyadan alınan S-400-lərin Ukraynaya verilməsi real deyil – Fəxrəddin Altun

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin
rəhbəri Fəxrəddin Altun Rusiyadan alınan S-400 zenit-raket
komplekslərinin Ukraynaya verilməsi ideyasını qeyri-real
adlandırıb.

AzerTimes-ın məlumatına görə, bu barədə F.Altun “The Wall Street
Journal” qəzetinin matın 18-də dərc etdiyi məqaləyə cavab olaraq
bildirib.

Daha əvvəl “The Wall Street Journal” qəzeti bildirib ki,
Ankaranın S-400 hava hücumundan müdafiə sistemlərini Ukraynaya
verməsi Ukraynanın təcili ehtiyaclarını ödəyəcək və ABŞ-ın “Patriot” sistemlərinin Türkiyəyə satışına və Türkiyənin “F-35
proqramına qayıtmasına” yol açmaqla “ABŞ-Türkiyə münasibətlərini
düzəldəcək”.

Məqaləni şərh edən F.Altun qeyd edib ki, bu fikir bu gün kifayət
qədər real olmasa da, Türkiyənin son zamanlar Qərblə münasibətlərdə
üzləşdiyi problemləri müzakirə etmək imkanı verir.

O xatırladıb ki, Ankaranın Rusiyadan S-400 komplekslərini alması
ABŞ-ın “Patriot”u satmaqdan imtina etməsi səbəbindən məcburi addım
olub.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin
rəhbəri bildirib ki, Vaşinqton Ankaranın Rusiyadan S-400 hava
hücumundan müdafiə sistemlərinin alınması ilə bağlı qərar qəbul
etməsindəm əvvəl Türkiyənin ABŞ-la danışıqlar aparmasına, lakin ABŞ
tərəfinin “Patriot”u satmaqdan imtina etməsi faktına məhəl
qoymur.

Teqlər: