Rusiyadan alınan 20 yeni metro vaqonunun Bakıya gətirilməsi ilə bağlı danışıqlar gedir

“Bakı Metropoliteni” QSC Rusiyadan alınan 5 yeni qatar tərkibi
olan 20 yeni vaqonun gətirilməsi ilə bağlı danışıqlar aparır.

Bunu AzerTimes-ın sorğusuna cavab olaraq qurumun mətbuat xidmətinin
rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, hazırda qatarların gətirilməsi ilə bağlı
dəqiqləşdirmələr aparılır.

“2019-cu ildə Bakı metropoliteni ilə Rusiyanın “Metrovaqonmaş”
şirkəti arasında başğlanmış müqaviləyə əsasən, bu il daha 20 yeni
vaqon Bakıya gətirilməlidir. Vaqonların gətirilməsi iyun-iyul
aylarına planlaşdırılır. Hazırda həmin qatarların ölkəyə
gətirilməsi ilə bağlı dəqiqləşdirmə və araşdırma işləri aparılır”,
– B.Məmmədov deyib.

Teqlər: