Rusiya ABŞ-ın Suriya və İraqa zərbələrini pisləyir, həmçinin bu vəziyyətin BMT-də təcili nəzərdən keçirilməsini istəyir.
AzerTimes xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bildirib.
“Heç kim beynəlxalq koalisiya illüziyası yaratmamalıdır və Böyük Britaniya hələ amerikalıların hərəkətlərini dəstəklədiyinə görə cavab verməlidir”, – M.Zaxarova söyləyib.
Qeyd edək ki, ABŞ aviasiyası Suriya və İraqda müəyyən hədəflərə zərbələr endirib.