Rusiyadan ABŞ-Çin qalmaqalına: Fəsadları olacaq

Rusiyadan ABŞ-Çin qalmaqalına: Fəsadları olacaq

Çinə məxsus aerostatla (hava şarı) bağlı qalmaqalın Vaşinqton və Pekin münasibətləri üçün daha dərin və geniş fəsadları olacaq.

AzerTimes xəbər verir ki, bunu rusiyalı senator Aleksey Puşkov bildirib.

Puşkov qeyd edib ki, vəziyyət Entoni Blinkenin Pekinə səfərinin təxirə salınması ilə məhdudlaşmayacaq:

“Bu, ilk növbədə ABŞ-da Çin və onun texnoloji imkanlarına təsir edəcək”.

Senator onu da qeyd edib ki, rəsmi Vaşinqton Pekinin bunun mülki elmi aparat olması ilə bağlı izahatını qəbul etsəydi, çətin ki, Blinkenin səfərini təxirə salmaq qərarına gələrdi.

Qeyd edək ki, 3 gün öncə Çinə məxsus olduğu təsbit edilən aerostat (hava şarı) ABŞ səmasına daxil olub. Buna etiraz olaraq Blinken Çinə səfərini təxirə salıb.

Teqlər: