Rusiyadan ABŞ-a müsbət cavab: Biz də hazırıq!

Rusiyadan ABŞ-a müsbət cavab: Biz də hazırıq!

Rusiya nüvə tərk-silahı və nüvə silahının yayılmaması məsələləri də daxil olmaqla, bütün təhlükəsizlik mövzuları üzrə danışıqlara hazırdır.

AzerTimes xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov “İzvestiya” telekanalına açıqlamasında deyib.

“Prezident Putin əvvəllər bütün təhlükəsizlik mövzularının müzakirəsi ilə hazırkı şəraitdə danışıqların mümkünlüyü barədə danışıb”, – deyə Peskov bildirib.

Qeyd edək ki, bundan öncə ABŞ tərəfi Rusiya və Çinlə silahlara nəzarət üzrə ikitərəfli danışıqları indi və ilkin şərt olmadan aparmağa hazır olduğunu açıqlamışdı.

Teqlər: