Bu ilin may ayında Rusiyadan ABŞ-a məhsul ixracı 503 milyon dollara yüksəlib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiyanın Hyustondakı baş konsulu Aleksandr Zaxarov TASS-a açıqlamasında bildirib.
Məlumata görə, artım əsasən qeyri-üzvi kimya məhsullarının hesabına baş verib.
Qeyd edək ki, aprel ayında bu göstərici 215 milyon dollar təşkil etmişdi.