Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov ABŞ-ın Əfqanıstandakı keçmiş səfiri Zalmay Xəlilzada “gizli barışıq” təklif edib.
AzerTimes xəbər verir ki, bu iddia ilə “Politiko” nəşri çıxış edib.
Nəşr qeyd edib ki, rusiyalı diplomat “Kiyevdəki nasistləri” qorxutmağa çalışıb:
“Diplomatların Corctaundakı “Cafe Milano” restoranında nahar etdikləri qeyd edilir. Xəlilzad Rusiyadan olan həmkarını Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymağın yolunu tapmağa çağırıb.
Qarşılığında rus səfir Xəlilzaddan “ABŞ-da burada yaşayan çoxlu yəhudi varmı? Niyə onlar Kiyevdə baş verən hər şeyə dözürlər?” – deyə soruşub.
Bundan sonra Antonov Ukrayna Prezidenti Vladimir Zelenskinin ölkənin gələcəyini məhv etdiyindən şikayətlənməyə başlayıb. Sonrakı söhbət zamanı rusiyalı diplomat hətta bəyan edib ki, Rusiya hörmət tələb edir və ABŞ-ın Rusiyaya hörmət etməsini istəyir”.