Rusiyadan ABŞ-a çox ciddi xəbərdarlıq…

Rusiyadan ABŞ-a çox ciddi xəbərdarlıq…

Rusiya müdafiə naziri Andrey Belousov iyulun 12-də Pentaqon rəhbəri Lloyd Ostinlə telefon danışığı zamanı Kiyev və Vaşinqtonun fəaliyyəti nəticəsində münaqişənin nəzarətsiz gərginləşməsi ilə bağlı çox ciddi xəbərdarlıq edib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

“Rusiya tərəfi Kiyevin Vaşinqtonun birbaşa köməyi olmadan ağlasığmaz mümkün yeni təxribatları ilə bağlı çox ciddi xəbərdarlıq göndərib”, – deyə bildirilib.

Ryabkovun sözlərinə görə, bu, xəbərdarlıq idarəolunmaz təhlükəli eskalasiyanın qarşısının alınması üçün edilib.

Teqlər: