Rusiya Baş nazirinin müavini Aleksandr Novakın rəhbərlik etdiyi 60 nəfərlik nümayəndə heyəti hökumətlərarası komissiyanın növbəti iclasında iştirak etmək üçün sabah Türkiyəyə səfər edəcək.
AzerTimes xəbər verir ki, bununla bağlı Türkiyə mediası məlumat yayıb.
Səfər zamanı Türkiyənin təbii qaz habına çevrilməsi məsələsi və taxıl müqaviləsi müzakirə ediləcək.
Qeyd edək ki, sonuncu iclas ötən ilin mayında Ankarada keçirilib.