Rusiyadan “3+3” formatı ilə bağlı açıqlama…

Rusiyadan “3+3” formatı ilə bağlı açıqlama…

Rusiya “3+3” formatında fəal işi davam etdirmək əzmindədir.

AzerTimes xəbər verir ki, bunu “Sputnik”ə müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

O, regional formatları bölgənin problemlərinin həlli üçün ən yaxşı üsul hesab edib.

Gürcüstanın hələ bu formatda iştirak etmədiyini söyləyən diplomat rəsmi Tiflisin birgə işləməyə hazır olduğu təqdirdə qapının hər zaman onlara açıq olduğunu vurğulayıb.

Qeyd edək ki, “3+3” Azərbaycan, gürcüstan, Ermənistan və Türkiyə, Rusiya, İranı əhatə edir.

Qrupun ilk iclası 2021-ci ilin dekabrında Moskvada beş ölkənin xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilib. Beş ölkənin nazirlərinin iştirakı ilə keçirilən digər görüş isə 2023-cü ilin oktyabrında İranda baş tutub. Növbəti görüş 2024-cü ildə Türkiyədə olacaq.

Teqlər: