Rusiyadan 3 ölkəyə xəbərdarlıq: Müdaxilə edəcəyik!

Rusiyadan 3 ölkəyə xəbərdarlıq: Müdaxilə edəcəyik!

ABŞ bölgədəki vəziyyəti alt-üst etmək, xaos yaratmaq, bölgəni Yaxın Şərqə çevirmək məqsədi güdür.

AzerTimes xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Koreya yarımadası barədə danışarkən deyib.

ABŞ-ın Koreya yarımadasına qarşı aqressiv siyasət yürütdüyünü bildirən Zaxarova Yaponiyadan da bu məqsədlə istifadə edildiyini vurğulayıb:

“ABŞ, Cənubi Koreya və Yaponiya Rusiyanın Uzaq Şərqdəki sərhədlərinə qarşı hər hansı təhdid qarşısında adekvat müdaxilə tədbirləri görəcəklərini bilməlidirlər”.

Teqlər: