ABŞ Moskvadakı “Krokus Siti Holl”da baş vermiş terror aktına bənzər islam ekstremistlərinin koordinasiyalı hücumu ehtimalından narahatdır.
AzerTimes xəbər verir ki, bunu ABŞ-nin Federal Təhqiqatlar Bürosunun direktoru Kristofer Rey deyib.
Onun sözlərinə görə, ABŞ-da terror təhlükəsi yüksək olaraq qalır:
“Bir neçə həftə əvvəl Rusiyada bir konsert zalında “Krokus”da İŞİD-K-dan gördüyünüzdən çox da fərqlənməyən bir növ koordinasiyalı hücum ehtimalı bizi getdikcə daha çox narahat edir”.