Rusiyadakı hərbi aerodroma kütləvi PUA hücumu edildi

Rusiyadakı hərbi aerodroma kütləvi PUA hücumu edildi

Rusiyanın Rostov vilayətindəki Morozovskoe hərbi aerodroma kütləvi PUA hücumu olub.

AzerTimes xəbər verir ki, bu barədə Rostov vilayətinin quberanatoru Vasili Qolubev məlumat yayıb.

Onun sözlərinə görə, PUA-ların əksəriyyəti hava hücumundan müdafiə sistemləri vasitəsilə vurulub:

“Bu gün səhər hava hücumundan müdafiə sistemləri Rostov vilayətinin Morozovskoe və Kamenskaya rayonlarına edilən kütləvi PUA hücumunun qarşısını alıb. PUA-ların əksəriyyəti məhv edilib. İtkilər yoxdur”.

Teqlər: