Rusiyadakı dəhşətli qəzanın səbəbi açıqlandı

Rusiyadakı dəhşətli qəzanın səbəbi açıqlandı

Yeyskdə qəzaya uğrayan Su-34 təyyarəsinin qəza səbəbi texniki nasazlıq olub.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

“Hadisə yerindən registratorlar götürülüb, pilotlar və aerodrom personalı dindirilir”, – məlumatda deyilib.

Qeyd edək ki, dünən Rusiyanın Su-34 təyyarəsi Krasnodar vilayətinin Yeysk şəhərində qəzaya uğramışdı. Təyyarənin yaşayış ərazisinə çırpılması nəticəsində 13 nəfər ölüb, 19 nəfər isə yaralanıb.

Teqlər: