Rusiyada bütün smartfonlar söndürülə bilər.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Yerli Proqram Məhsulları Yaradıcıları Assosiasiyasının rəhbəri Natalya Kasperski məlumat yayıb.
“Biz təkcə Ayfon deyil, Androiddə işləyən hər şeyi söndürə bilərik. Çox sevinməyin! Rusiya ərazisindəki bütün smartfonlar hipotetik olaraq söndürülə bilər. Bu, haqqında danışdığımız təhlükələrdən biridir. Bu, tam olaraq kibermüharibədir!” – Kasperski deyib.