Rusiyada zəlzələ baş verib

Rusiyanın şərqində 5.0 bal gücündə zəlzələ qeydə alınıb.

AzerTimes-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Avropa-Aralıq dənizi seysmoloji mərkəzdən xəbər verilib.

Zəlzələnin episentri Tuva Respublikasının Kızıl şəhərindən 195 km şimal-şərqdə, ocağı isə 60 km dərinlikdə yerləşib.

Xəsarət alan və dağıntılar barədə məlumat verilməyib.

Teqlər: