Rusiyanın Volqoqrad şəhərində radiator istehsalı zavodunda partlayış baş verib.
AzerTimes xəbər verir ki, hadisə nəticəsində 1 nəfər həlak olub, daha 1 nəfər isə xəsarət alıb.
Partlayışdan sonra zavodun sexlərinin birində yanğın başlayıb.
Yanğın ümumilikdə 40 kvadrat metr ərazini əhatə edib.