Rusiyanın Krasnoyarsk vilayətində yük qatarının 8 vaqonu relsdən çıxıb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Krasnoyarsk dəmiryolunun Krasnoyarsk Vostoçnı – Sorokino hissəsində baş verən qəza zamanı 5 vaqon və 3 sistern relsdən çıxıb, onların bir hissəsi aşıb.
Qəzanın səbəbləri barədə məlumat verilməyib.