Veliki Novqorodda Volxov çayında Hindistandan olan 4 tələbə boğulub.
AzerTimes xəbər verir ki, bu barədə Yaroslav Mudrı adına Novqorod Dövlət Universitetinin rektoru Yuri Borovikov deyib.
Onun sözlərinə görə, tələbələrdən biri suda boğulmaq təhlükəsi ilə üzləşib, yoldaşları onu xilas etməyə çalışıb, nəticədə hamısı batıb.
Rusiya Federasiyası İstintaq Komitəsinin Novqorod vilayəti üzrə İstintaq İdarəsinin məlumatına görə, tələbələr qadağan olunmuş zonada çimirmişlər.
Ölən tələbələrin 18-20 yaşlarında olduqları açıqlanıb.