Rusiyada növbəti dəfə hərbi komissarlığının yandırılmasına cəhd olunub.
AzerTimes yerli mediaya istinadən xəbər verir ki, bu dəfəki hadisə Sverdlovsk vilayətində baş verib.
Belə ki, Polevskoy şəhərinin sakini yandırıcı məhlulun olduğu butulkanı yerli komissarlığın qapısına atıb. Qapı alışsa da, dərhal mühafizəçilər tərəfindən söndürülüb.
Yanğını törədən ərazidən qaçmağa çalışıb, lakin yaxalanıb. Onun 45 yaşlı yerli sakin Vladimir V. olduğu müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.