Rusiya Federasiyasının Zelenodolsk şəhərində çoxmərtəbəli binada baş verən partlayış nəticəsində bir nəfər ölüb.
AzerTimes-ın məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti bildirib.
Məlumata əsasən, onun cəsədi yerli vaxtla saat 23:27-də aşkar edilib.
Fövqəladə Hallar Nazirliyi evin qazlaşdırıldığını və elektrikləşdirildiyini qeyd edib.
Qeyd edək ki, martına 29-da Tatarstan Respublikasının Zelenodolsk şəhərində doqquzmərtəbəli binada qaz partlayışı olub. Yeddinci və səkkizinci mərtəbələr arasındakı tavanlar uçub. Dağıntılardan bir nəfər xilas olunub. Dörd yaralanan şəxsə tibbi yardım göstərilir.