Rusiyanın Nijni Tagil şəhərindəki yaşayış binasında partlayış baş verib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, partlayış nəticəsində binanın bir hissəsi dağılıb.
“Baza” Teleqram kanalının məlumatına görə, binadakılardan heç kim mənzillərini tərk edə bilməyib.
Partlayışa qaz sızmasının səbəb olduğu bildirilir.