Rusiyanın Krasnoyarsk vilayətində əcnəbilərin taksilərdə, alkoqol və tütün məmulatlarının pərakəndə ticarəti ilə məşğul olan mağazalarda işləməsinə qadağa qoyulub.
AzerTimes RBK-ya istinadən xəbər verir ki, qərar 2025-ci il martın 1-dən qüvvəyə minir.
Qanun patentlə işləyən miqrantlara da aiddir. Patenti Rusiyanın vizasız rejimdə olduğu ölkələrin vətəndaşları əldə edə bilər.
Qeyd edək ki, Qazaxıstan, Belarus, Qırğızıstan və Ermənistandan olan miqrantlar istisnadır.