Rusiyada xüsusi əməliyyat: neft boru kəməri partladıldı

Rusiyada xüsusi əməliyyat: neft boru kəməri partladıldı

Ukrayna ordusu aprelin 6-sı Rostov vilayətinin Azov qəsəbəsi ərazisində xüsusi əməliyyat keçirib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Bildirilib ki, əməliyyat nəticəsində Azov dənizi ətrafında neft məhsullarının daşınmasının istifadəsi üçün nəzərdə tutulan boru kəməri partladılıb.

Bundan sonra tankerlərin neft məhsulları ilə yüklənməsi qeyri-müəyyən müddətə dayandırılıb.

Kəşfiyyat məlumatında qeyd olunub ki, Rusiya bu obyekti hərbi məqsədlər üçün istifadə edirdi.

Qeyd edək ki, Ukrayna aylardır Rusiyanın neft emalı zavodlarına hücum edir. Rəsmi Kiyevin məlumatına görə, bu hücumlar nəticəsində Rusiyanın neft hasilatı və emalı 12 faiz azalıb.

Teqlər: