Rusiyanın Yaroslavl şəhərində xəstəxanaların birində reanimasiya şöbəsində yanğın baş verib.
AzerTimes-ın məlumatına görə, bu barədə təcili xidmətlərdən məlumat verilib.
Bildirilib ki, ilkin məlumata görə, reanimasiya şöbəsində döşək yanıb.
Yanğın səbəbindən xəstəxanada işıqlar sönüb. Buna görə süni tənəffüs aparatları sönüb. Nəticədə, aparata qoşulan 3 xəstə ölüb.
Məlumata əsasən, yanğın 3 saylı xəstəxanada baş verib. Yanğının dəqiq səbəbləri ilə bağlı araşdırma aparılır. Yanğın yanğınsöndürənlər gəlməmişdən əvvəl söndürülüb.