Rusiya Federasiyasının cənubunda yerləşən Şimali Osetiyada xəstəxanada avadanlıqların sıradan çıxması nəticəsində yaranan oksigen çatışmazlığı səbəbindən 9 nəfər koronavirus diaqnozlu xəstə ölüb.
AzerTimes-ın TASS-a istinadən verdiyi məlumata görə, hadisə Respublikanın Təcili tibbi yardımın klinik xəstəxanasında baş verib.
Bildirilir ki, tibb müəssisəsindəki oksigen sisteminin pozulması yeraltı borunun partlaması nəticəsində baş verib..