Rusiyada “WhatsApp”ın bloklanması nəzərdə tutulmur

Rusiyada “WhatsApp” messencerinin bloklanması nəzərə
alınmır.

AzerTimes-ın məlumatına görə, bu barədə TASS-a Federasiya Şurasının
Konstitusiya Qanunvericiliyi və Dövlət Quruculuğu Komitəsinin
rəhbəri Andrey Klişas bildirib.

Klişas “WhatsApp”ı bloklamaq planlarının olmadığını deyib.

Bundan əvvəl Rusiya Federasiyasının Vətəndaş Palatasının (VP)
İnternet istifadəçilərinin hüquqlarının müdafiəsi üzrə işçi
qrupunun rəhbəri Aleksandr Malkeviç TASS-a müsahibəsində
messencerin Rusiyada da bloklanmasının lazım olduğu fikrini
bildirmişdi.